Reklam
Reklam
  • Balta ağac kəsməzdi, sapı ağac olmasaydı! (Azərbaycan)
  • Ağacı qurd içindən yeyər. (Azərbaycan)
  • Sirrini dosta demə, dostun da dostu var! (Azərbaycan)
  • Cəhənnəmə gedən özünə yoldaş axtarar. (Azərbaycan)
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Azərbaycan)
  • Tikə ilə dost olanlar İllər ilə küsülü qalar. (Azərbaycan)
  • Örtülü bazar dostluğu pozar. (Azərbaycan)
  • Dost arası sözsüz olmaz. (Azərbaycan)
  • Dost dostdan bezar olmaz, aralıqda mərdimazar olmasa. (Azərbaycan)
  • Dost dostun eybini üzünə deyər. (Azərbaycan)
  • Dost-düşmən qara gündə bəlli olar. (Azərbaycan)
  • Dost ilə ye, iç, alış-veriş eləmə. (Azərbaycan)
  • Dost min olar, candan yanan bir. (Azərbaycan)
  • Dost yolunda boran olar, qar olar. (Azərbaycan)
  • Dostam səninlə, pulun qurtaranacan! (Azərbaycan)
  • Dostdan da sirrini saxla. (Azərbaycan)
  • Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?! (Azərbaycan)
  • Dostla su iç, düşmənlə bal yeməyə oturma. (Azərbaycan)
  • Dostluğun telini qırma – bağlarsan, düyün qalar. (Azərbaycan)
  • Dostluq düzlükdədir. (Azərbaycan)