- Eşşəyə min, ata çatınca. (Azərbaycan)
- Özgə atına minən tez düşər. (Azərbaycan)
- At ölüb, itlərin bayramıdır. (Azərbaycan)
- At minicisinə görə kişnər. (Azərbaycan)
- At minənindir, qılınc bağlayanın! (Azərbaycan)
- At var – ot yoxdur, ot var – at yoxdur! (Azərbaycan)
- At almamış noxta davası edir. (Azərbaycan)
- Tazıya tut deyir, dovşana qaç! (Azərbaycan)
- Meşə çaqqalsız olmaz. (Azərbaycan)
- Xəta məndən, əta səndən! (Azərbaycan)
- Ağıllı fikirləşincə dəli çayı keçdi. (Azərbaycan)
- Ortada yeyir, qıraqda gəzir. (Azərbaycan)
- Sayanın quluyam, saymayanın ağası! (Azərbaycan)
- Qaş düzəltdiyi yerdə gözünü çıxartdı. (Azərbaycan)
- Keçi can hayında, qəssab piy axtarır. (Azərbaycan)
- Kor nə istər? – İki göz! Biri əyri, biri düz! (Azərbaycan)
- Harada aşdır, orada başdır. (Azərbaycan)
- Qaya dağa arxalanar. (Azərbaycan)
- Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi. (Azərbaycan)
- Gəl məni gör, dərdimdən öl! (Azərbaycan)