Reklam
Reklam
  • Zərərin yarısından da qayıtmaq xeyirdir. (Azərbaycan)
  • Sirkə tünd olanda öz küpünü partladar. (Azərbaycan)
  • Səbirlə halva bişər, ey qora, səndən.
    Bəsləsən, atlas olar tut yarpağından.
    (Azərbaycan)
  • Od yanmasa, tüstü çıxmaz. (Azərbaycan)
  • Gücünə bax, şələni bağla! (Azərbaycan)
  • Dumbulla gələn zurna ilə gedər. (Azərbaycan)
  • Quduran qırx gün yaşar. (Azərbaycan)
  • Arxalı köpək qurd basar. (Azərbaycan)
  • Naynan gələn vaynan gedər! (Azərbaycan)
  • Bazar içində it qulağı kəsməzlər. (Azərbaycan)
  • Sonrakı peşmançılıq fayda verməz! (Azərbaycan)
  • Atlı ilə piyadanın yoldaşlığı tutmaz. (Azərbaycan)
  • Qorx payızdan – qabağınca qış gəlir,
    Qorxma qışdan – qabağınca yaz gəlir.
    (Azərbaycan)
  • Pisliyi torpağa əkdilər, göyərmədi! (Azərbaycan)
  • Quyuya tüpürmə, vaxt olar, suyunu içməli olarsan. (Azərbaycan)
  • Şərti şumda kəs, xırmanda yabalaşmayasan! (Azərbaycan)
  • Yorğanına bax, ayağını uzat. (Azərbaycan)
  • Acıqlı başda ağıl olmaz. (Azərbaycan)
  • Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə! (Azərbaycan)
  • Ürək yanmasa, gözdən yaş çıxmaz. (Azərbaycan)