Reklam
Reklam
  • Ağıllı ədəbi ədəbsizdən öyrənər. (Azərbaycan)
  • Ağıllı düşməndən qorxma, dəli dostdan qorx. (Azərbaycan)
  • Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. (Azərbaycan)
  • Ağıllı balaca yekə cahildən yaxşıdır. (Azərbaycan)
  • Ağıla paxıllıq olmaz. (Azərbaycan)
  • Ağıl gücdən üstündür. (Azərbaycan)
  • Ağıl bazarda satılmaz. (Azərbaycan)
  • Ağıllı öyrənməyi xoşlar, axmaq öyrətməyi. (Azərbaycan)
  • Ağıl başın böyüklüyündə deyil. (Azərbaycan)
  • Adamı başdan, ağacı yaşdan! (Azərbaycan)