- Qız özgə çırağını yandırar. (Azərbaycan)
- Qız qapısı – şah qapısı: mini gələr, biri razı gedər. (Azərbaycan)
- Qız nəvəsi şirin olar. (Azərbaycan)
- Qız kəsilməmiş qarpız kimidir. (Azərbaycan)
- Qız evin qonağıdır, vaxt gələr, gedər. (Azərbaycan)
- Qız bəzəkdir, oğul şərəf. (Azərbaycan)
- Qız anadan öyüd alar. (Azərbaycan)
- Qız aparanı yuxu tutmaz. (Azərbaycan)
- Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək. (Azərbaycan)
- Qız axtarana arşınmalçılıq da yaraşar. (Azərbaycan)
- Qız alan gözü ilə baxmasın, qulağı ilə eşitsin. (Azərbaycan)
- Ananın ərköyün oğlu hambal olar. (Azərbaycan)
- Anası gəzən ağacları qızı budaq-budaq gəzər. (Azərbaycan)
- Qırx dayəsi olan uşaq aciz olar. (Azərbaycan)
- Evdəki hesab bayıra çıxmaz. (Azərbaycan)
- Ev bizim, sirr bizim. (Azərbaycan)
- Uşaq atasından güclüsünü bilməz. (Azərbaycan)
- Ölməz, itməz Xədicə, görər nəvə-nəticə! (Azərbaycan)
- Dövlətdə dəvə, övladda nəvə! (Azərbaycan)
- Babadan hümmət – nəvədən xidmət. (Azərbaycan)