- Yazda çalan qışda oynar. (Azərbaycan)
- Yaz var, qış var, nə tələsik iş var? (Azərbaycan)
- Cəfa çəkməyən şəfa görməz! (Azərbaycan)
- İstəyirsən bal-çörək, al əlinə bel-kürək! (Azərbaycan)
- Torpaq deyər: "Öldür məni, dirildim səni". (Azərbaycan)
- Adamı qeyrət işlədər, dəyirmanı su! (Azərbaycan)
- Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı. (Azərbaycan)
- Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz. (Azərbaycan)
- Qayış nə bilir öküz nə çəkir?! (Azərbaycan)
- Sən ağa, mən ağa, inəkləri kim sağa?! (Azərbaycan)
- Halva-halva deməklə ağız şirin olmaz. (Azərbaycan)
- Çörəyi ver çörəkçiyə. Bir çörək də üstəlik. (Azərbaycan)
- Bal tutan barmaq yalar. (Azərbaycan)
- Ortada yeyir, qıraqda gəzir. (Azərbaycan)
- Əkiblər, yemişik, əkərik, yeyərlər! (Azərbaycan)
- Bağçı bağı ilə, qarpız tağı ilə! (Azərbaycan)
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. (Azərbaycan)
- Bağa bax üzüm olsun, yeməyə üzün olsun. (Azərbaycan)
- Bağ salan barın yeyər. (Azərbaycan)
- Bağa "bağ" deməyiblər, "bax" deyiblər. (Azərbaycan)