- Pulluya "bəli" deyərlər, pulsuza "dəli". (Azərbaycan)
- Abbasını bəyənməyən beş şahı çıxardar. (Azərbaycan)
- Cavahir bazarında muncuq satılmaz. (Azərbaycan)
- Almadığın heyvanın noxtasından yapışma. (Azərbaycan)
- Alan alıb varlanıb, satan satıb aldanıb! (Azərbaycan)
- İlxıçının qazancı havayı at minmək olar. (Azərbaycan)
- Qazanc qudurub mayanı yedi. (Azərbaycan)
- Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar. (Azərbaycan)
- Bəy ilə bostan əkənin tağı çiynində bitər. (Azərbaycan)
- Bəy dediyin nədir, bəyənmədiyin nədir?! (Azərbaycan)
- Bəy dediyin nədir, bəyənmədiyin nədir?! (Azərbaycan)
- Abdaldan paşa olmaz, taxtadan maşa. (Azərbaycan)
- Kasıbın toyunda gecə qısa olar. (Azərbaycan)
- Ağıllı adam – var-dövlətin ağası, axmaq adam – var- dövlətin nökəri. (Azərbaycan)
- Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır. (Azərbaycan)
- Varını verən utanmaz. (Azərbaycan)
- Dünya malı dünyada qalacaq. (Azərbaycan)
- Qızıl ləyənin içinə qan qusandan sonra nəyə gərək?! (Azərbaycan)
- Dövlətlinin xoruzu da yumurtlar. (Azərbaycan)
- Dövlətlinin dili uzun olar, əli qısa. (Azərbaycan)