- Çirkaba daş atma, üstünə sıçrayar. (Azərbaycan)
- Mal gedər bir yerə, güman gedər min yerə. (Azərbaycan)
- Odu söndürüb, külü ilə oynayır. (Azərbaycan)
- Küldən od törər, oddan kül! (Azərbaycan)
- Kül təpəcik olmaz. (Azərbaycan)
- Quru palçıq divara yapışmaz. (Azərbaycan)
- Qurunun oduna yaş da yanar. (Azərbaycan)
- Vaxtsız açılan gül tez solar. (Azərbaycan)
- Kor koru tapar, su çuxuru! (Azərbaycan)
- Zərərin yarısından da qayıtmaq xeyirdir. (Azərbaycan)
- Sirkə tünd olanda öz küpünü partladar. (Azərbaycan)
- Səbirlə halva bişər, ey qora, səndən.
Bəsləsən, atlas olar tut yarpağından.
(Azərbaycan)
- Od yanmasa, tüstü çıxmaz. (Azərbaycan)
- Gücünə bax, şələni bağla! (Azərbaycan)
- Dumbulla gələn zurna ilə gedər. (Azərbaycan)
- Quduran qırx gün yaşar. (Azərbaycan)
- Arxalı köpək qurd basar. (Azərbaycan)
- Naynan gələn vaynan gedər! (Azərbaycan)
- Bazar içində it qulağı kəsməzlər. (Azərbaycan)
- Sonrakı peşmançılıq fayda verməz! (Azərbaycan)