Reklam
Reklam
  • Şöhrətpərəstlik insanı boşboğaz, qürur isə dinməz edir.
  • Unutmayın ki, insanların mənfəətləri dəyişdikdə onların düşüncə tərzi və davranışları da sürətlə dəyişir.
  • Əgər bir insanı hamı başa düşürsə, deməli, həmin insan sadəcə bəsit zehinlərə müraciət edir.
  • Gəldiyiniz qənaətin səhv olduğunu qəbul etmək, onu müdafiə etməkdən daha möhkəm xarakter tələb edir.
  • Özünü bədbəxt hiss etməməyin ən yaxşı yolu xoşbəxt olmağı arzulamamaqdır.
  • İnsanın mənəviyyatı nə qədər zəngin olarsa, digər insanlardan tələbləri daha az olar.
  • Hər bir insan öz təfəkkürünün hüdudlarını dünyanın hüdudları kimi müəyyənləşdirir.
  • Bəsit insanlar vaxtı necə öldürəcəklərini, dəyərli insanlar isə onu necə qazanacaqlarını düşünürlər.
  • Öz işığı olmayan insanlar kütləyə qarışaraq işıq əldə eləməyə çalışırlar.
  • İnsan yalnız tək olduğu zamanlarda özü ola bilər.
  • Əgər bir insanın yalan danışdığından şübhələnirsinizsə, ona çox inandığınızı göstərin. Çünki məhz belə olduqda o insan daha bariz yalan danışır və maskası düşür.
  • Tikansız gül yoxdur, amma gülsüz tikan çoxdur.