1. Kakao toxumu ilə şəkər və ədvə qatışığından hazırlanan kütlə və ya poroşok.
2. Bu kütlədən hazırlanan konfet və plitka şəklində qənnadı növü. □ Qadın masanın üstünə şokolad və konfet düzüb, Hüseynə lap yaxın oturdu. (S.Rəhman).
3. Bu poroşokdan südlə hazırlanan içki.
4. Məcazi mənada: çox dadlı, ləzzətli şey haqqında. □ Bu kabab deyil ki, marmeladdı, şokoladdı. (N.Vəzirov).