Tibb. Orqanların, toxumaların daxilini tədqiq etmək üçün onların içinə yeridilən borucuq və ya çubuq şəklində tibb aləti. □ Mədəyə zond salmaq.
Geologiya. Torpağın dərin qatlarını yoxlamaq və nümunələr götürmək, habelə quyu qazımaq üçün burğu.
Coğrafiya. Atmosferin yüksək qatlarında meteoroloji işlər aparmaq üçün içərisində avtomatik yazma cihazı olan kiçik hava balonu.
Azərbaycan dilinin izahlı lüğəti