Basarkeçər, Çənbərək, Gədəbəy, Karvansaray, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz, Zəngilan
1. Qoz çırpmaq üçün uzun ağac (Gədəbəy, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz). □ Barmaxları elə bil zoladı (Gədəbəy); Mən çıxım cəvizə, sən də zolanı ver ma: (Meğri).
2. Evin üstünə vurulan ağac, pərdi (Basarkeçər, Çənbərək, Karvansaray, Zəngilan). □ Zolıyı gətirin, vurax evin üsdə (Zəngilan); Kəlvəcərdən bir zola gətirdim damın üsdün basırmağ üçün (Basarkeçər).
Azərbaycan dilinin dialektoloji lüğəti