Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zindan1 [zindan] isim fars

1. Keçmiş zamanlarda qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı); ümumiyyətlə, həbsxana, həbs, dustaqxana. □ Bülbülə qızıl qəfəs də zindandır. (Atalar sözü).
2. Məcazi mənada: həbsxana, həbs, dustaqxana. □ Dünya kasıba zindandır, varlıya – meydan. (Atalar sözü).
3. Məcazi mənada: çox qaranlıq, çox darısqal, cansıxıcı yer haqqında. □ Bura lap zindandır ki...

zindan2 [zindan] isim ərəb

Üzərində metal döymək üçün dəmirçi aləti. □ Zindan olub, altda olmaqdansa, çəkic ol – üstdə ol. (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: dünya başına zindan olmaq frazeologizm: dünya gözünə zindan görünmək frazeologizm: dünyasını zindana döndərmək Azərbaycan dilinin izahlı lüğəti