Reklam
Reklam

Tarix terminləri lüğəti

zahid

ər. – mömin, Allah adamı, asket

Tərki-dünya, aza qane olan, maddi mənfəətə dəyər verməyən, dünya nemətlərindən könüllü imtina edib təklikdə asket həyat tərzi keçirən şəxs.

Z. termini “əldə olmayanın ürəkdə də olmaması” prinsipi ilə ömür sürən insan anlamında da işlənir. Allahla mənəvi birliyə nail olmaq Z. üçün dünyanın ən böyük nemətidir.

Tarix terminləri lüğəti