Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zımır1

Basarkeçər, Gədəbəy, Tovuz

Palçıq. □ Camış özünü zımıra saldı; Arxa su zımır kimi yəlir, də:n, bağlara yağıf (Tovuz); Buralar pütüncə zımırdı, yeriməx' ha olmor (Gədəbəy).

zımır2

Tovuz

Yetişməmiş, kal (meyvə). □ Ə:, o alma zımırdı, onu niyə yi:rsən?

Azərbaycan dilinin dialektoloji lüğəti