Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yoldaş [yoldaş] isim

1. İş, həyat şəraiti ilə bir-birinə yaxın olan adamlar; rəfiq. □ Məktəb yoldaşları. Cəbhə yoldaşları. İş yoldaşı. Uşaqlıq yoldaşı. Yoldaşı yoldaşdan soruşarlar. (Atalar sözü).
2. Biri ilə birlikdə yola çıxan və ya yol gedən adam. □ Yoldaş olmaq.
3. Yoldaşım, yoldaşı şəklində – arvadım (ərim), arvadı (əri). □ Yoldaşım hələ işdən gəlməyib. Onun yoldaşı xəstədir.
4. Arxaizm. Sovet cəmiyyətində vətəndaş, adam,bu mənada şəxsin familiyası, adı, vəzifəsi qabağında və ya onlardan sonra işlədilir. □ Bir yoldaş sizi xəbər alırdı. Yoldaşlara deyin tez yığışsınlar. Yoldaşların fikrini bilmək lazımdır. Üç yoldaşdan ibarət komissiya ayrıldı. Yoldaş Əhmədov ezamiyyətdədir. Cavadov yoldaş yerindədirmi? Müdir yoldaşı görmək olarmı?
5. Müraciət etdikdə. □ İrəli, yoldaşlar! Yoldaş sədr, xahiş edirəm mənə söz verəsiniz.

Həmçinin bax:

frazeologizm: boyunduruq yoldaşı Azərbaycan dilinin izahlı lüğəti