1. Ağızda çeynəyib udulmaq, mədəyə ötürülmək. □ Çörək yeyilmək. Xörək yeyilmək. Yemək yeyilmək.
2. Yeməyə sərf edilmək; işlədilmək. □ Evimizdə çox şəkər yeyilir.
3. Xarici təsir nəticəsində forması, bəzən də tərkibi dəyişilmək, sürtülüb getmək. □ Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. (M.İbrahimov).
4. Məcazi mənada: mənimsənilmək.