1. Qulluq edərək böyütmək; becərmək, yetişdirmək, yaratmaq. □ Cavan meyvə ağacları yetişdirmək.
2. Tərbiyə və təlim edib böyütmək, ortaya çıxarmaq (bəzən “böyüdüb-yetirmək” şəklində). □ Yeni kadrlar yetişdirmək.
3. Çatışdırmaq, öhdəsindən gəlmək, vaxtında görə bilmək. □ Bu qədər işi yetişdirmək mümkün deyil.