1. Yelləncəyə minib o yan-bu yana hərəkət etmək. □ Yelləncəkdə yellənmək.
2. Tərpənmək, yırğalanmaq. □ Beşik baxmaz heç bir kəsə; Qulaq verir gələn səsə; Nənə bir nəğmə söyləsə; Yel olur, yellənir beşik. (Ə.Cavad).
3. Dalğalanmaq, əsmək. □ ...başı üstündə həqiqi azadlığın əbədi rəmzi olan qızıl bayraqlar yellənirdi. (M.İbrahimov).
4. Məcazi mənada: avaralanmaq, veyillənmək, boş-boş gəzmək. □ Bikar-bikar yellənib gəzir.
5. Yel buraxmaq.
Azərbaycan dilinin izahlı lüğəti