Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yelbə1

Cənubi Azərbaycan, Kürdəmir, Lənkəran, Şamaxı

Quş adı. □ Yelbə bicar­dan uşdi (Lənkəran); O:çi tornan on yelbə tutdi (Şamaxı); Bir dənə yelbə tutdum (Cənubi Azərbaycan).

yelbə2

Laçın, Zəngilan

Saç. □ Arvatdar döyüşəndə bir-birinin yelbəsinnən tutur (Laçın).

yelbə3

Kürdəmir

Səlbə. □ Quşu yelbəynən vurdum.

Azərbaycan dilinin dialektoloji lüğəti