1. Yekə olmaq, həcmcə, boyca artmaq. □ Bağda ağaclar lap yekəlmişdir. Qarnı yekəlmək.
2. Böyümək, yekələşmək. □ Yaşarda ata-anasının və mülayim nənəsinin, bir də Səlimin məhəbbəti ilə boy atıb yekəlirdi. (S.Rəhimov).
3. Məcazi mənada: qürurlanmaq, iftixar etmək (çox vaxt “dağ boyda”, “dağ kimi” sözləri ilə). □ Mirzə canı, mən Hacı ağanı görəndə inan ki, dağ boyda yekəlirəm. (P.Makulu).
Azərbaycan dilinin izahlı lüğəti