Çənbərək, Karvansaray
Batmaq (günəşə aiddir). □ Gün yaxdı, bir iş görəmmədim (Karvansaray).
Çənbərək, Dərbənd, Karvansaray
Yandırmaq. □ Hər axşam manqalyaxıllar (Karvansaray); Piçi yax (Dərbənd).
Şəki
Salmaq, döşəmək. □ Yerlərimizi yaxax, yatax.
Ağdaş
Lovğalanmaq.
Cəbrayıl
Uydurmaq, goplamaq. □ Genə özünnən nə yaxırsan?
Azərbaycan dilinin dialektoloji lüğəti