1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı); qısa. □ Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al. Yaxın yol. Yaxın mənzil.
2. Zərf kimi: məsafə etibarilə çox uzaqda olmayan; yovuq. □ Yaxın otur. Yaxın gəl. Kürən adamla kürən ata yaxın düşmə. (Atalar sözü).
3. Zaman etibarilə uzaq olmayan, tezliklə olacaq, yaxınlaşan; gələcəyinə, olacağına və s.-yə az qalmış. □ Yaxın gələcək. Yaxın səfər. Yaxın görüşlərdə.
4. Qan qohumluğu və ya dostluq münasibəti ilə bağlı olan. □ Yaxın qohum. Yaxın dost. Yaxın yoldaş. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. (Atalar sözü).
5. İsim kimi: yaxın adam, dost; qohum. □ Mənim yaxınlarım.
6. Oxşar, bənzər, çox oxşayan (bənzəyən). □ Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinə yaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər.
7. Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran, ürəyinə görə olan, mənafeyini əks etdirən; doğma, əziz. □ Bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın şeylərdən danışırlar. (M.S.Ordubadi).
8. Mötəbər, inanılmış. □ Yaxın yerdən bilmişəm, özü xəbər göndərmiş. (C.Cabbarlı).
9. Zərf kimi: təxminilik, təqribilik bildirir. □ Üç aya yaxın bir müddət. Saat beşə yaxındır. Sabaha yaxın (sübh açılanda). Axşama yaxın (gün qaralanda).
Həmçinin bax: