1. Bir şeyi zərbə ilə vurub ortadan uzununa aralamaq, bölmək, parçalamaq; şaqqalamaq. □ Odunu yarmaq. Ağacı yarmaq. Artıq tamah daş yarar, daşı qayıdar baş yarar. (Atalar sözü).
2. Kəsici alətlə və ya başqa bir şeylə qırıb yaralamaq. □ Cəhənnəm olun buradan, yoxsa vallah, bu daşnan vurub başınızı yararam. (C.Məmmədquluzadə).
3. Maneəni dəf edərək yol açmaq, yarıb ortasından keçmək. □ Gəmi suyu yararaq irəliləyir.
4. Müqaviməti qıraraq irəliləmək, keçmək. □ Düşmənin müdafiə xəttini yarmaq. Mühasirəni yarmaq.
5. Müalicə ya yoxlama və ya başqa məqsədlə bədənin bir yerini kəsmək. □ Çibanı yarmaq. Xəstənin qarnını yarmaq. Ölünü yarmaq.
6. Oğurluq məqsədilə bağlı, qapalı bir yeri sındırıb açmaq. □ Oğrular dükanı yarıblar.
Həmçinin bax: