Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaranmaq1 [yarammax] feil

1. Əmələ gəlmək, meydana gəlmək, doğulmaq, törəmək. □ Bir gün yaranan bir gün öləcək. (Atalar sözü).

2. Təsis edilmək, təşkil olunmaq; yaradılmaq. □ Əlaqə yaranmaq. Aralarında dostluq münasibəti yaranmışdır.

yaranmaq2 [yarammax] feil

Birini xoşnud etmək üçün öz hərəkətlərini onun xeyrinə, tələbinə uyğunlaşdırmağa çalışmaq, yaltaqlanmaq. □ Doğrudur, tüfəng bu dünya üzündə igidin birinci yaraşığıdır, – deyə Məstəli bəyə yaranmağa başladı. (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti