Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yarılmaq [yarılmax] feil

1. Zərbə ilə vurulub ortadan uzununa aralanmaq; bölünmək, kəsilmək, parçalanmaq.

2. Yaralanmaq. □ Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı. (Atalar sözü).

3. Maneə rəf edilərək yol açılmaq. □ Cəbhə yarıldı. Müdafiə xətti yarıldı.

4. Oğurluq məqsədilə sındırılıb (dağıdılıb) açılmaq. □ Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu, bəlkə dükan yarıldığını güman edirdilər. (Mir Cəlal).

5. Şaqqalanmaq. □ Meşənin arası, çal qayalığın ayağı iki yana yarılmışdı. (S.Rəhimov).

See also:

frazeologizm: bağrı yarılmaq frazeologizm: yer yarılsa, yerə girərdi frazeologizm: zəhri yarılmaq frazeologizm: zəhri-bağrı yarılmaq Azərbaycan dilinin izahlı lüğəti