Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yapmaq [yapmax] feil

1. Bişmək üçün təndirin divarına yapışdırmaq. □ Çörək yapmaq. Axtaran tapar, yoğuran yapar. (Atalar sözü).

2. Ümumiyyətlə, yapışdırmaq. □ Neyləyirdim bəzəyi, ya düzəyi? Dama, divara yapardım təzəyi. (M.Ə.Sabir).

3. Arxaizm. Etmək. □ Nə yapırsan, ay biçarə; Nə ölkəyə səs salırsan. (Molla Cümə).

4. Arxaizm. Tikmək, qayırmaq, düzəltmək, qurmaq. □ ...Tazədən bir möhkəm barı yapdılar. (“Dərbəndnamə”).

Azərbaycan dilinin izahlı lüğəti