1. Müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. □ Çəkibən yaşmağı, üzünü örtmə; Sinəmin üstünə dağ qoyan dilbər! (Molla Cümə).
2. Məcazi mənada: ümumiyyətlə, örtü, pərdə mənasında. □ Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi. (S.Rəhimov).
3. Qapı taylarından birinə və qapı çərçivəsinin alt hissəsinə vurulan nazik uzun taxta parçası.
4. Məcazi mənada: toyuğun cəhənglərində olan tüklər.
Azərbaycan dilinin izahlı lüğəti