1. Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. □ İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir.
2. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək. □ Köynək yuyulandan sonra xeyli yığılıbdır.
3. Toplanılmaq, dərilmək. □ Məhsul yığıldı. Pambıq yığılmağa başlanıbdır.
4. Yığışdırılmaq, ortadan götürülmək; bitmək, qurtarmaq. □ Ağarmışdı başı uca dağların; Yığılmış dəsgahı güllü bağların. (H.K.Sanılı).
Həmçinin bax: