Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yığışmaq [yığışmax] feil

1. Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək, toplaşmaq. □ Əhali meydana yığışdı.
2. Bir yerə getmək, yola çıxmaq üçün hazırlıq görmək, şeylərini qablaşdırıb hazır olmaq; hazırlaşmaq. □ Yığışın, sabah gedirik.
3. Bir yerdən başqa yerə köçüb getmək. □ ...artıq Şamaxı yolunda qalmaq istəmədi. Oradan yığışıb dəniz qırağında ticarət kontoru açdı. (S.Hüseyn).
4. Büzüşmək, bürüşmək. □ Yarməmmədin üz-gözü yığışdı, turşudu, tez cibindən əzik-üzük və çirkliağ yaylığı çıxarıb ovcunda sıxdı və üzünə tutub asqırdı. (M.İbrahimov).
5. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək.

Həmçinin bax:

frazeologizm: evə yığışmaq Azərbaycan dilinin izahlı lüğəti