rus. воин – döyüşçü + водить – idarə etmək, irəlidə getmək, başçılıq etmək
1. Slavyanlarda hərbi sərkərdə, bir sıra hallarda isə inzibati və hərbi səlahiyyətləri öz əlində cəmləmiş hökmdar.
V. X əsrdən başlayaraq rus salnamələrində adı çəkilən knyaz drujinası və ya xalq qoşununun başçısı olub. XV–XVII əsrlərdə rus qoşununda polk və dəstələrin hər birinə V. rəhbərlik edib. XVIII əsrin əvvəlində belə idarəçilik sistemi I Pyotr tərəfindən ləğv olunub. Polşa və Litvada isə V. kral tərəfindən təyin edilib və dinc dövrdə canişin, müharibə vaxtı sərkərdə funksiyasını yerinə yetirib. 1139-cu ildən başlayaraq hər udelin öz V.-sı olub. Feodal pərakəndəliyi aradan qaldırıldıqdan sonra udellər voyevodalığa çevrilib. Voyevodalığın mülki və hərbi administrasiyasına bu vəzifəyə ömürlük qoyulan V. rəhbərlik edib. V.-lar Polşada XVIII əsrin sonuna kimi mövcud olublar.
2. XVI–XVIII əsrlərdə Rusiya şəhərlərinin yerli idarəçiliyinə başçılıq edən şəxs.
Tarix terminləri lüğəti