lat. vegetatio – oyanma, canlanma
Meteoroloji amillərdən asılı olaraq bitkilərin boy atıb inkişaf etdiyi dövr.
V.D., əsasən, orta günlük temperaturun 10°C-dən yüksək olduğu dövrə uyğundur. Mülayim iqlim şəraitində bu dövr son yaz soyuqlarından ilk payız soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə ilboyu davam edir. V.D.-ndə bitki bütün inkişaf fazasını keçir. Azərbaycanda V.D. tərəvəz bitkiləri üçün 90-120, yarpağı tökülən ağac və kol bitkiləri üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün ilboyu) hesab olunur.
Coğrafiya terminləri lüğəti