Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vay [vay] nida

1. Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir. □ Vay, yazıq! Vay, ilana bax!

2. Yenə yuxarıdakı mənalarda olaraq, müxtəlif tərkiblər daxilində işlənir. □ Vay, dədəm, vay! Vay, mənim başım! Vay, mənim günümə!

3. Bəzən təkrar şəklində işlənir vay-vay, vay-vay-vay. □ Qorxuram Zakiri hicrin qəmi bir halə sala; Görən adəm deyə vay-vay, budu divanə gəlir. (Q.Zakir)

4. İsim kimi: yas, ölü yeri, yaxud müsibət, bədbəxtlik mənasında. □ Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa. (Aşıq Ələsgər)

Həmçinin bax:

frazeologizm: hay-hayı gedib, vay-vayı qalıb frazeologizm: vay halına! frazeologizm: vayına oturmaq frazeologizm: vayını vermək frazeologizm: vay-şivən qoparmaq (salmaq) Azərbaycan dilinin izahlı lüğəti