1. Olan, mövcud olan. □ Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək.
2. İsim kimi: varlıq, mövcudiyyət. □ O dəhən fikri ilə cümlə yox oldu varım. (S.Ə.Şirvani).
3. Xəbər mənasında (vardır şəklində də işlənir). □ Var bir tədbiri, amma aşikar etməz mana. (M.Füzuli).
4. Olar, yaxındır. □ Möcüzələr yaradır ana ürəyi; Bir il var yaradır ana ürəyi. (S.Rüstəm).
5. Birinci şəxs sonluğu ilə varam – çox xoşuma gəlir, bəyənirəm, ürəyimə yatır. □ Varam onun oxumağına. Varam sənin oyununa.
6. Birinci şəxs sonluğu ilə varam – hədə mənasında. □ ...Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. (Ə.Haqverdiyev).
7. Sual şəkilçisi ilə – varmı? – mövcuddurmu?, tapılarmı? □ Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? (M.Hadi).
Dövlət, sərvət, mal-mülk. □ Varını sərf etmək. Onun varı çoxdur. Varından keçmək.
Həmçinin bax: