XVIII–XIX əsrlərdə Avropa elmində tətbiq olunan bölgü sistemində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, mədəniyyət) ilkin mərhələsini bildirmək üçün qəbul edilmiş termin.
Bu bölgünü XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüson irəli sürüb, Amerika etnoqrafı və tarixçisi L.Morqan isə onu daha da inkişaf etdirib. Morqanın fikrincə, V. insanın yaranışından dulusçuluğun meydana çıxmasına qədər olan dövrü əhatə edib. Dulusçuluğun meydana gəlməsi ilə V. barbarlıqla əvəzlənib. Hazırda tədqiqatçılar bu köhnəlmiş təsnifatdan istifadə etmirlər: müasir elmdə ibtidai icma tarixinin yeni bölgü sistemi qəbul olunub.
Həmçinin bax:
Tarix terminləri lüğəti