lat. universitas – toplam, məcmu, cəm
Müxtəlif elm sahələri üzrə mütəxəssislərin hazırlandığı ali təhsil müəssisəsi.
U.-lərdə, bir qayda olaraq, həm də elmi-tədqiqat işləri aparılır və onlar elmi-tədris kompleksləri kimi fəaliyyət göstərir. Müasir anlamda ilk U. XI əsrdə İtaliyada yaranmış Bolonya hüquq məktəbi (1088) sayılır. Daha sonra Fransada Paris, İngiltərədə Oksford və Kembric, İtaliyada Paduya və Neapol U.-ləri təsis olunub. Şərq ölkələrində isə ilk U.-lər XIX əsrin sonu – XX əsrin əvvəlində Tokio, Pekin və Qahirədə yaranıb. Azərbaycanda U. 1919-cu ildə AXC parlamentinin qərarı ilə Bakıda təsis olunub.
Tarix terminləri lüğəti