Reklam
Reklam

Tarix terminləri lüğəti

ulus

monq. – dövlət, xalq, insanlar

1. XIII əsrin əvvəlində monqol dövlətinin formalaşması dövründə noyonlara tabe olan və onların hakimlik etdikləri torpaqlarda köçəri həyat tərzi sürən ailə qrupları.

2. Bilavasitə Çingiz xanın başçılıq etdiyi Monqol dövləti.

3. XIII əsrin II yarısından Çingiz xanın varislərinin (Cuçi, Cığatay və d.) başçılıq etdikləri müstəqil xanlıqlar.

4. Feodal pərakəndəliyi dövründə (XV əsr – XVII əsrin sonu) iri feodal mülkləri.

Mancurlar Monqolustanı işğal etdikdən sonra U. termini “xalq” mənasında işlənib. Hazırda “dövlət” anlamında da istifadə olunur.

Tarix terminləri lüğəti