1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. □ Dərmanı udmaq. Bütöv tikəni udmaq.
2. Məcazi mənada: öz içinə alıb yox eləmək, həmişəlik aparmaq, ümumiyyətlə, məhv etmək, yox etmək, puç etmək, çökmək, qaplamaq, qavramaq, içinə alaraq görünməz etmək. □ Ağır buludlar get-gedə yerə enir, elə bil hər şeyi udmaq istəyir. (H.Seyidbəyli).
3. Məcazi mənada: qanunsuz olaraq yiyələnmək, mənimsəmək, yemək, zora salıb almaq. □ Başqasının malını udmaq.
4. Məcazi mənada: dözmək, təhəmmül etmək, qatlaşmaq, dözərək sükut etmək, üzə verməmək. □ ...dırnağına .. batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul idi. (M.İbrahimov).
5. Məcazi mənada: xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözmək, ötürmək, cavabsız qoymaq, fikir verməmək. □ Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cürə uda bilmirdi. (M.İbrahimov).
6. Məcazi mənada: aydın, bütöv deməmək, yarımçıq demək, yaxud heç deməmək. □ Sözü udmaq. Həyəcandan cümlənin axırını udmaq.
1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. □ Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu.
2. Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. □ Lotereyada yüz manat udmaq.
3. Məcazi mənada: bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq. □ Hər halda bu məsələdə o uddu. Mübahisəni kim uddu?
Həmçinin bax: