Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tutqun [tutğun] sifət

1. Batqın, batmış, batıq (səs haqqında). □ Mərsiyəxan .. bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı. (Y.V.Çəmənzəminli).
2. Məcazi mənada: qəmli, kədərli, məyus, pərişan, qəmgin, qaşqabaqlı. □ Tutqun üz. Tutqun görünüş.
3. Açıq olmayan, buludlu. □ Tutqun hava. Göyün üzü tutqundur.
4. Məcazi mənada: kədərləndirici, cansıxıcı, darıxdırıcı. □ ..Getdikcə hava sərtləşir, tutqun payız ruzgarı sərt bir qışa çevrilməyə başlayırdı. (S.Rəhimov).
5. Məcazi mənada: üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz. □ Tutqun iş.
6. Zəif, ölgün, donuq. □ Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdi. (S.Hüseyn).
7. Məcazi mənada: gərgin, qızğın. □ İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda hisli-paslı paltarın içində Nadir yatmaq üçün evə gəldi. (B.Talıblı).
8. Açıq olmayan, tünd (rəng haqqında). □ ..əsasən boz, gümüşü, yaxud tutqun polad rəngindədir, belində uzunu ağımtıl zolaq vardır.

Azərbaycan dilinin izahlı lüğəti