1. İstidən, çox qalmaqdan və s. səbəblər üzündən qıcqırıb xarab olmaq, şişib qoxumaq; qıcqırma halında olmaq, acımaq, qıcqırmaq. □ Qatıq turşuyub.
2. Məcazi mənada: “üzü”, “üz-gözü” və s. sözlərlə – narazılıq, məmnunsuzluq əlaməti olaraq üz-gözü yığılmaq, büzüşmək, qaş-qabağı tökülmək. □ Yarməmmədin üz-gözü yığışdı, turşudu. (M.İbrahimov).