Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toxumaq [toxumax] feil

1. Uzununa (əriş) və eninə (arğac) sapları bir-birinin arasından keçirməklə parça, xalça və s. hazırlamaq. □ Mahud toxumaq. Çit toxumaq. Bir ustam var; Gecə-gündüz bez toxuyur; Heç kim onu geyə bilməz. "Hörümçək toru" (Tapmaca). 
2. Eyni üsulla parça üzərində naxış, şəkil hörmək. □ Təkəlduz toxumaq. Buta toxumaq.
3. Hörmək. □ Ağabəyim bütün günü .. rəngin xəzəldən çələng toxuyur, dayəsinə min bir sual verirdi. (Y.V.Çəmənzəminli).
4. “Özünü” sözü ilə – soxulmaq, girmək, bir şeyin içərisinə atılmaq, dalmaq, cummaq, yönəlmək, üz tutmaq. □ Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı. (Mir Cəlal).
5. Məcazi mənada: uydurmaq, özündən quraşdırmaq. □ Yalan toxumaq.

Həmçinin bax:

frazeologizm: iş toxumaq frazeologizm: özündən toxumaq frazeologizm: özünü toxumaq Azərbaycan dilinin izahlı lüğəti