Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

toxdamax1

Çənbərək, Şəki, Zəngilan

Sakitləşmək, özünə gəlmək, özünü ələ almaq.  Ürəyim heş toxdamır, elə bil indijə ağzımnan çıxajax (Zəngilan); Savaxdannan ürə:m bulanırdı, yenijə toxduyuf (Çənbərək).

toxdamax2

Ağdam, Bərdə, Çənbərək, Kürdəmir, Qarakilsə

1. Dayanmaq, durmaq, bir yerə çatıb durmaq.  Sən birəz toxda burda, indi uşaxlar gələjəx' (Ağdam); Dandılı dedi kin, Nənix' noyunda toxduyajam, uşağı yözdüyəjəm (Çənbərək).

2. Çatmaq.  Maşın gəlip Yeblağa toxdadı (Qarakilsə); Gejə gedif Yıvlağa toxdadıx (Bərdə).

Azərbaycan dilinin dialektoloji lüğəti