Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

top1 [top] isim

Bərk səthə dəyəndə geri sıçrayan elastik materialdan hazırlanmış bütöv və ya içiboş şar. □ Futbol topu. Voleybol topu. Rezin top.

top2 [top] isim

1. Hərb. Artilleriya silahlarının ümumi adı. □ Artilleriya topu. Zenit topu. Qalada yatmış idim; Top atdılar, oyanmadım; Səs ilə, avaz ilə oyatdılar. (Xalq mahnısı). 

2. Hərb. Uzunlüləli artilleriya silahı. □ Uzunlüləli top.
3. Tibb. Radioaktiv maddələrin şüaları ilə müalicə edən cihaz. □ Kobalt topu.
4. İdman. Üfüqi və şaquli istiqamətdə hərəkət edən şahmat fiquru. □ Topla şah elan etmək.

top3 [top] isim 

1. Nazik taxtaya sarınmış və ya lülə şəklində parça, arşınmalı. □ 3 top ağ. 
2. Girdə saralmış kağız, divar kağızı və s. □ Bir top kağız.
3. Eynicinsli və ya əlaqədar şeylərin toplusu, komplekti. □ Bir top iynə.
4. Təkərdə dəndələrin və ya dəyirman pərlərinin bənd edildiyi hissə.
5. Top halında yığılıb bağlanmış şeylər. □ Topları maşına yükləmək.
6. Sifət kimi: toplu, toplanmış, cəm. □ ..İlyas, – dedi, – ə, ağlın başında heç topdurmu? (S.Rəhimov).

top3 sifət ing. top – zirvə

Ən yüksək, ali, birinci. Top model, top onluq.

Həmçinin bax:

frazeologizm: sərçəyə topdan atəş açmaq frazeologizm: top ağzına getmək frazeologizm: topa güllə qoyan frazeologizm: topa tutmaq Azərbaycan dilinin izahlı lüğəti