Reklam
Reklam

Tarix terminləri lüğəti

tiraniya

yun. tyrannos – amansız, zalım, zülmkar

1. Qədim Yunanıstanda zorakı yolla qurulmuş və təkbaşına idarəçiliyə əsaslanan dövlət hakimiyyəti forması.

E.ə. VII–VI əsrlərdən e.ə II əsrədək burada mövcud olmuş T.-nın bir neçə tarixi tipini – erkən yunan (və ya böyük), iranpərəst və son yunan (və ya kiçik) T.-larını fərqləndirirlər. Erkən yunan T.-sı e.ə. VII–VI əsrlərdə mövcud olub. İranlıların ələ keçirdiyi Kiçik Asiya və Egey dənizindəki adalarda yerləşən yunan şəhərlərində formalaşmış T.-lar e.ə. VI əsrin sonuna aid edilir. Son yunan T.-ları isə e.ə. V əsrin axırlarında yaranıb və e.ə. II əsrədək mövcud olub.

2. Orta əsrlərdə Şimali və Orta İtaliyanın şəhər-dövlətlərində siyasi quruluş forması.

3. Məcazi mənada: despotizmə əsaslanan hakimiyyət.

Həmçinin bax:

Tarix terminləri lüğəti