Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tilət1

Biləsuvar, Kürdəmir, Salyan, Şamaxı

Tiyə; bıçaq, dəhrə və s. kəsən hissəsi.  Dəhrənin tiləti qırılıp (Kürdəmir);
Bı tilətnən əyaqqabının palçığın təmizzə (Salyan); O tiləti ver, çikməmi təmizziyim (Şamaxı).

tilət2

Salyan, Ucar

İşlənmə nəticəsində sürtülüb nazilmiş sabun, süpürgə və s. □ O tilət süpürgəni tap, heç olmasa öyi süpür; Biyəz tilət sabın qalmışdı, bilmədim necoldi (Salyan).

Azərbaycan dilinin dialektoloji lüğəti