Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ter1

Bərdə, Culfa, Gəncə, Hamamlı, Şərur

Böyük xurcun.  Terin içinə ağır şeylər qoymaq olar; Teri atın belinə aşır (Bərdə); Xurcunu adam çiyninə salır, teri heyvanın belinə salıf içinə şey doldurullar (Hamamlı); Teri sal ulağın üstünə, doğulan quzuları daşı dölçəyə (Culfa).

ter2

Çənbərək

Kilim, palaz.

Azərbaycan dilinin dialektoloji lüğəti