Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tarazlıq profili

ital. profile – zahiri görünüş

1. Çayın eroziya bazisinə yetişdiyi, yatağını dərinləşdirməyə daha gücü çatmadığı, eyni zamanda onu yeni çöküntülərlə doldurmadığı sabit vəziyyəti.

Belə nəzəri vəziyyətdə çayın T.P. mənbəyə yaxın hissədə nisbətən dik, mənsəbə doğru isə az meyilli əyri forması alır.

2. Dağların, yüksəkliklərin yamaclarının nəzəri cəhətdən daha denudasiyaya uğraya bilməyəcəkləri ən çılpaq vəziyyəti.

Bu halda yamacların profili tədricən enən əyri formasında olur.

3. Dəniz, göl sahilinin daha abraziyaya uğrayaraq, yaxud yeni çöküntülərlə zənginləşərək formasını dəyişə bilmədiyi ən sabit vəziyyəti.

Belə nəzəri vəziyyətdə sahilin T.P. getdikcə daha qabarıq forma alan əyriyə bənzəyir.

Coğrafiya terminləri lüğəti