Ağdam, Cəbrayıl
Qoyunları salmaq üçün qamışdan tikilmiş ağıl. □ Çoban qoyunu tapana yığdı (Cəbrayıl).
Bakı, Cəbrayıl, Kürdəmir, Mingəçevir, Salyan, Zəngilan
Qamış çəpər. □ Gərəx' qəmiş qırax ki, tapan çəkəx' (Zəngilan); Tapdım, tapana saçdım (Salyan); Qamış tapan yaman yaxşı olur (Cəbrayıl).
Əli Bayramlı, Füzuli, Kürdəmir
Qamışdan hörülmüş çəpəri möhkəm saxlamaq üçün vurulan dayaq. □ Çəpərin tapanını elə bərkit ki, so:radan tərpənməsin (Əli Bayramlı); Çəpərə tapan vur (Füzuli).
Borçalı, Gədəbəy, Qazax, Ordubad, Şahbuz, Tərtər
Əkin sahəsini hamarlamaq üçün ağac mala. □ Tapan kəsəx'li yerrəri düzəldir (Borçalı); Tapan göyrüş ağajınnan oley (Gədəbəy); Tapan yeri ütülüyür (Tərtər); Yer keşələndə tapannan tapannıyırıx, oluryumuşax (Ordubad).
Tovuz
Cəhrənin oturacağı. □ Cəhrə tapanın üsdündə durur.
Azərbaycan dilinin dialektoloji lüğəti