Reklam
Reklam

Tarix terminləri lüğəti

təslim aktı

ər. – etiraf etmə, tabe olma

Qarşı duran tərəflər arasında silahlı mübarizənin dayandırılmasını nəzərdə tutan qeyri-bərabər beynəlxalq saziş forması.

Təslim olan və müvafiq akt imzalayan zaman məğlub tərəf müqaviməti dayandırır, onun bütün silahları, hərbi texnikası, avadanlığı, möhkəmləndirilmiş məntəqələri qalibə verilir, ordunun şəxsi heyəti isə hərbi əsir kimi rəqibin ixtiyarına keçir. II Dünya müharibəsinin (1939–1945) nəticəsində 1945-ci il mayın 7-də imzalanmış Almaniyanın T.A.-nı buna misal göstərmək olar.

Tarix terminləri lüğəti