Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tərpənmək [tərpəmməx'] feil

1. Yerindəcə hərəkət etmək, hərəkətə başlamaq, tərpəşmək, qımıldanmaq. □ Tərpənməyir gecə yarı; Ağacların yarpaqları. (S.Rüstəm).
2. Yola düşmək, hərəkət etməyə başlamaq. □ Telli isə qəti surətdə bir yana tərpənməyəcəyini bildirirdi. (S.Hüseyn).
3. Bir işi görməyə başlamaq, bir işə girişmək, hərəkətə gəlmək. □ ..Bəlkə sən tərpənincə onlar gecənin birində məni apardılar? (Ə.Vəliyev).

Həmçinin bax:

frazeologizm: ağır tərpənmək frazeologizm: beyninin qurdu tərpənmək frazeologizm: diri tərpənmək frazeologizm: əlli-ayaqlı tərpənmək frazeologizm: tükü də tərpənməmək frazeologizm: usta tərpənmək frazeologizm: üstünə diri ilan salsan, yerindən tərpənməz Azərbaycan dilinin izahlı lüğəti